4 Kanal Seriyası

Profil genişliyi : 60mm
Kanal Sayı : 4
Rezin sistemi İç və çöl ikili sistem
Rezin rəngi Boz, qara
Şüşə qalınlığı (mm) 24, 30, 36, 44, 52

Möhkəmlik və Yüksək İzolyasiya Xüsusiyyəti

  • KRUSE qapı və pəncərə sistemləri əlavə olaraq dizayn edilmiş 4cü hava kanalları vasitəsiylə yüksək səs və izolyasiya xarakterinə sahibdir. Bu onları öz sinfinin ən üstün xüsusiyyətləri ilə təmin edir.
  • Əlavə olaraq profillərdə TPE (termo-plastik elastomer) yüksək istilik və UV dayanıqlılığına sahib profil rezinləri istifadə olunur. Pəncərə modelinə görə ağ vəya boz rəngdə olan və ləkə buraxmayan bu rezinlər pəncərələrin su, yağış, külək, toz, səs keçirməzlik xüsusiyyətini uzun illər qoruyub saxlayır.
  • 3mm qalınlığında PVC xüsusi olaraq dizayn edilmiş dəstək sacları ilə profil dayanıqlılığı artırılaraq küləkli havalarda pəncərələrin maksimum performansa sahib olması təmin edilir. Eyni zamanda bu dastək sacları paslanmazlıq və profil ilə birlikdə qaynaq olabilmə xüsusiyyətinə sahibdir, beləliklə pəncərələrin birləşmə bağlantı hissələrində möhkəmliyinə təminat verir.

Rəng Dayanıqlılığı və Sağlamlıq

  • Almaniyanın KraussMaffei avadanlıqları və texnologiyası ilə istehsal olunan Kruse qapı və pəncərə profilləri interiyerinizin dizaynından asılı olaraq ağ vəya müxtəlif ağac rəng çeşidlərinə sahibdir. Alternativ markaların profillərindən fərqli olaraq Kruse ağ rənglərin solmazlığı və saralmazlığı üçün radioaktiv qurğuşun əvəzinə xüsusi optimallaşdırılmış Baerlocher sağlamlığa tam zərərsiz sink tərkibli stabilizatorlardan istifadə olunur.
  • Rəngli KRUSE qapı və pəncərə sistemləri “Renolit” alman profil üzlükləri ilə üzlənməkdədir. Ağac görünümlü müxtəlif rəng çeşidlərinə sahib pəncərə profillərinə UV rəng solmazlığına qarşı 15 il zəmanət verilməkdədir.

Aksesuarlar

  • Evin memari xəttinə, pəncərə rənglərinə, formalarına və istifadə məqsədlərinə uyğun olaraq müxtəlif formalı plastik, metal, ağ və rəngli qapı qolları, açıq və gizli petlələr istifadə olunur.

Panorama Pəncərə Altlıqları

  • Maksimum yük qaldırma xarakteristikasını təmin etmək məqsədi ilə piramida formasında dizayn edilmiş daxili pərdə strukturası, optimum divar qalınlığı.
  • Xüsusi rənglənmə, baxım və xərc tələb etməyən ağ hamar səth və ya 20 il solmazlıq qarantiyalı altun meşe rəng çeşidləri

Montaj Qaydası və Yan Qapaqlar


Tekoplast Şirkəti KRUSE pəncərə profilləri istehsalı ilə yanaşı peşəkar səviyyədə pəncərə qurulumunu da həyata keçirir.

Montajın Əhəmiyyəti

Müştərilərə Azərbaycan bazarında müxtəlif növlü yerli və idxal pəncərə profilləri təklif olunur. Adətən pəncərə profili istehsalı ilə fabriklər, pəncərə montajı ilə isə müxtəlif növlü lokal pəncərə sexləri məşğul olur. Tekoplast şirkəti yerli bazarda fabrik formatında pəncərə profillərinin istehsalını və pəncərə qurulumunu birbaşa fabrikda həyata keçirir. Buna görə fabrikimiz montajdan qaynaqlı və ya profildən qaynaqlı bütün qüsurlara tam zəmanət verə bilir. KRUSE pəncərələrinin rəng solmazlığı, izolyasiya, montaj xətalarına görə müştərilərə şirkət tərəfindən 15 il yazılı zəmanət verilir.

İstehsalçı Fabrik Montajlı Pəncərələr

Evinizin pəncərəsi ilk profillərinin istehsalı anından etibarən bitmiş halda evinizə montaj olunan ana qədər şirkətimiz tərəfindən keyfiyyəti nəzarət altında saxlanılır. Bütün bu proses fabrikimizdə professional mütəxəssislərimiz tərəfindən həyata keçirilir və pəncərələrinizin keyfiyyətinə istehsalçı fabrikimiz tərəfindən zəmanət verilir. Hər hansı qeyri peşəkar sex tərəfindən yığılmadığına görə isə siz öz pəncərələrinizin keyfiyyətindən hər zaman etibar edə bilərsiniz.

Seçim İmkanları

Pəncərə seçimi edərkən istifadə olunan müxtəlif növ aksesuar çeşidləri və şüşə növləri müştərilərimizə showroomlarımızda təklif olunur. Eyni zamanda seçim edərkən mütəxəssisimiz uyğun variantları seçməyinizə kömək edir.

Profil Xüsusiyyətləri

KRUSE marka super 4 kanal profillər alternativlərindən fərqli olaraq əlavə 4cü kanalı vasitəsiylə izolyasiya xüsusiyyətini digərlərinə nisbətən daha stabil saxlayır. Belə ki hər kanal +5°C temperatur izolyasiyası xüsusiyyəti ilə ümumilikdə +20°C temperatur saxlama qabiliyyətinə malikdir. Ayrıca KRUSE profillərdə digər markalardan fərqli olaraq rəng solmazlığı üçün sink tərkibli sağlamlığa tam zərərsiz alman Baerlocher şirkətinin stabilizatorları istifadə olunur.

Detallı informasiya üçün: Keçid alın

Bizimlə Əlaqə

Siz də pəncərələrimiz haqqında əlavə məlumat almaq və proyektinizə uyöun qiymət təklifimiz bizimlə əlaqə saxlaya bilərsiniz.

+994 50 280 32 35
info@tekoplast.az

Pəncərələrimiz haqqında əlavə məlumat almaq və proyektinizə uyğun qiymət təklifimiz ilə tanış olmaq istəyirsinizsə aşağıda qeyd edilən telefon nömrələrimiz ilə və ya email vasitəsiylə bizimlə əlaqə saxlaya bilərsiniz.